Vətəninfo.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) hesabatına əsasən, 2025-ci ilin iyul–sentyabr aylarında ölkəyə 3 milyon turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.
15 yaşdan yuxarı şəxslərin ziyarət sayı 2,5 milyon nəfər təşkil edib ki, bu da 2024-cü ilin üçüncü rübünə nisbətən 6,8 faiz artım deməkdir.
Turist səfərlərinin ümumi sayı 9 faiz artaraq 2 milyona çatıb, səfərlərin əsas məqsədləri isə istirahət və əyləncə olub.
Hesabata görə, ən çox turist Tbilisi və Acarıstan bölgələrini ziyarət edib.
Ən çox səfər edən ölkələr arasında birinci yerdə Rusiya dayanır — 567,1 min nəfər (ümumi səfərlərin 26,1 faizi). Onları Türkiyə (16,5%) və Ermənistan (11,8%) vətəndaşları izləyib.
Ümumilikdə, 2025-ci ilin üçüncü rübündə Gürcüstana:
Rusiya vətəndaşlarından 664,6 min,
Türkiyə vətəndaşlarından 430 min,
Ermənistan vətəndaşlarından isə 329,3 min səfər qeydə alınıb.
Sakstatın məlumatına əsasən, həmin dövrdə əcnəbilər Gürcüstanda ümumilikdə 6,2 milyard lari (3 milyarda 875 milyon manat)xərcləyiblər. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Bir səfərə düşən orta xərclər isə 1,7 faiz artaraq 2 467,5 lari(1541 azn) təşkil edib.