AZ

Oğrular ən çox hansı avtomobillərə meyil edir? ARAŞDIRMA

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Tempcover” tərəfindən DVLA (Vehicle Registration Authority) məlumatları əsasında hazırlanan hesabatda ölkədə ən çox oğurlanan avtomobil modelləri müəyyən edilib.

Araşdırmaya görə, “Ford Fiesta” ötən il 4446 oğurluq hadisəsi ilə Böyük Britaniyada ən çox oğurlanan avtomobil modeli olub. Bu, gündə orta hesabla 12 “Fiesta”nın oğurlandığı anlamına gəlir. Siyahıda ikinci yerdə “Wolkswagen Golf” (1727 oğurluq), üçüncü yerdə isə “Ford Focus” (1700 oğurluq) qərarlaşıb.

Avtosfer.az xəbər verir ki, təhlükəli tendensiyanın diqqətçəkən tərəfi odur ki, oğruların hədəfində təkcə gündəlik istifadəyə yararlı modellər deyil, həm də bahalı avtomobillər var. Hesabatda “Range Rover Evoque”, “BMW 3 Series” və “Mercedes-Benz C-Class” kimi dəbdəbəli modellərin də 2024-cü ildə ən çox oğurlanan avtomobillər sırasında olduğu qeyd olunub. Mütəxəssislər bildirirlər ki, bu cür avtomobillər çox zaman ixrac məqsədilə oğurlanır və qaçaqmalçılıq yolu ilə xaricə aparılır.

Eyni zamanda, “Tempcover” məlumatlarına əsasən, “Ferrari” markalı avtomobillərin oğurluğu əvvəlki illə müqayisədə xeyli azalıb. 2023-cü ildə 43 “Ferrari” oğurlandığı halda, 2024-cü ildə bu göstərici cəmi 3 olub. Ekspertlər bu azalmanı müasir təhlükəsizlik sistemlərinin və avtomobil izləmə texnologiyalarının təkmilləşdirilməsi ilə əlaqələndirirlər.

Ümumilikdə hesabat göstərir ki, Böyük Britaniyada avtomobil oğurluqları hələ də ciddi təhlükə olaraq qalır və oğruların hədəfində həm kütləvi, həm də lüks avtomobil markaları yer alır. Mütəxəssislər sürücülərə əlavə təhlükəsizlik sistemlərindən istifadə etməyi, dayanacaq və küçə yerlərində avtomobillərini izləmə funksiyaları aktiv halda saxlamağı tövsiyə edirlər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
avtosfer.az

2Mənbələr