AZ

Çıxışının ləğv edilməsi üçün piket keçirdilər

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sürix Operasının qarşısında Rusiyanın Xalq artisti Anna Netrebkonun çıxışına qarşı piket keçirilib.

Axşam.az xəbər verir ki, bu barədə İsveçrənin "Tages-Anzeiger" qəzeti məlumat yayıb.

Təxminən on Ukrayna tərəfdarı fəal Sürix Operasının qarşısında piket keçirərək Netrebkonun çıxışının ləğv olunmasını tələb edib. Teatr rəhbərliyi onların çağırışlarını rədd edib.

Bundan əvvəl Ukraynanın İsveçrədəki səfiri İrina Venediktova da opera müğənnisinin Sürixdəki çıxışının ləğv edilməsini istəyib.

Daha əvvəl Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Valeri Zalujnı Anna Netrebkonun ikonik Britaniya teatrında çıxış etməsinə icazə verilməsini xəyanət adlandırıb. Onun cavabı Macarıstanda tənqid olunub.

Qeyd edək ki, Netrebko ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovla il 10 illik evliliklərini sonlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
axsam.az

2Mənbələr