AZ

Elarizin kürəkəninə 10 il iş verildi

Sahibkar tanışlarına internet platforması vasitəsilə əlavə gəlir vədi verərək onların 4 milyon manatını mənimsəməkdə təqsirləndirilən birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmə Nizami Alışanın külli miqdarda dələduzluq törətdiyini təsdiqləyərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş Babək Məmmədzadəyə dəymiş maddi ziyanı ödəməlidir.

Son sözündə Nizami Alışan özünü günahsız adlandıraraq Babək Məmmədzadənin qoyduğu məbləğdən çox qazanc əldə etdiyini iddia edib və onu ittiham edənlərin əvvəlki fəaliyyətlərinə işarə vurub.

Qeyd edək ki, artıq pul qazanmaq üçün pul verib sonradan şikayətçi olanlar isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur.

Nizami Alışan  AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir./Qafqazinfo

Milli.Az

Seçilən
13
2
milli.az

3Mənbələr