Bakıda avtomobildən meyit tapılıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 1-i saat 17 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.   “Renault” markalı avtomobildə 55-60 yaşlı şəxsin meyiti aşkarlanıb. Ölən şəxsin paytaxt sakini 1960-cı il təvəllüdlü Fikrət Hüseynov olması müəyyən edilib. Mərhumun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.