AZ

Bakının Unudulmuş məhəlləsi Sakinlər şikayətçidir

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 41 ünvanında yaşayan sakinlər məhəllənin baxımsız vəziyyətindən narazıdırlar.

Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.

Şikayətçinin sözlərinə görə, binanın təmiri yarımçıq saxlanılıb. Belə ki, binanın yalnız 6-cı mərtəbəsinə qədər boyanma işləri aparılıb, qalan mərtəbələr isə uzun müddətdir yarımçıq qalıb.

Bundan başqa, binanın zirzəmisinə mütəmadi olaraq çirkab sular yığılır. Qurumlar tərəfindən su çəkilsə də, pis qoxu uzun müddət ərazidə qalır və sakinlərin narahatlığına səbəb olur.

Sakinlər həmçinin qeyd ediblər ki, məhəllə ərazisi taxta parçaları, zibillər və tikinti qalıqları ilə doludur:

"Burada uşaqlar oynamalıdır, amma zibillikdən, qoxudan dayanmaq olmur", - deyə şikayətçi vurğulayıb.

Sakinlər məsul qurumlardan məhəllənin abadlaşdırılması, zirzəmidəki kanalizasiya probleminin aradan qaldırılması və yarımçıq təmir işlərinin davam etdirilməsini xahiş edirlər.

Ərazidən kadrları təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
baku.ws

1Mənbələr