AZ

"Kimin penalti yerinə yetirəcəyinə oyunçuların özləri qərar verə bilərlər"

“Real”ın baş məşqçisi Xabi Alonso dünən “Valensiya” ilə oyunda hücumçu Vinisius Juniorun penaltidən yararlana bilməməsinə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmin an məni məyus etdi, hesabı 3:0 edə bilərdik. Komandanın daimi penalti yerinə yetirən oyunçusu var – Kilian Mbappe.

Amma oyun zamanı kimin penalti yerinə yetirəcəyinə oyunçuların özləri qərar verə bilərlər”.

Oyun “Santyaqo Bernabeu” stadionunda baş tutub və Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe həmin oyunda iki qol vurub.

Seçilən
41
sportinfo.az

1Mənbələr