ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Son dövrlərdə Azərbaycanda qiymətlərdə müşahidə olunan artım, xüsusilə gündəlik istehlak məhsullarında və xidmətlərdə özünü daha aydın göstərir.
İnflyasiyanın iqtisadiyyata, biznesə və əhalinin alıcılıq qabiliyyətinə təsiri artıq geniş müzakirə olunan mövzulardandır.
Bəs növbəti il üçün inflyasiya gözləntiləri necədir?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, növbəti il üçün hökumət 5,4% inflyasiya proqnozlaşdırır:
“Mərkəzi Bank isə 5,7% inflyasiya proqnozlaşdırır. Hazırkı inflyasiya göstəricilərinə görə 13 aylıq inflyasiya təqribən 5,9%-dir. Yəni yenə də gələn il üçün bu ilə oxşar inflyasiya proqnozları var.
Təbii ki, bunların hamısı mövcud şərtlər çərçivəsindədir. Şərtlər dəyişsə, məsələn, sabah neft, xüsusilə də qaz qiymətləri artsa və yaxud da dolların qiyməti ucuzlaşsa, bu zaman inflyasiya göstəriciləri tamamilə yenilənəcək. Amma indiki məlumatlar və şərtlər çərçivəsində hökumət və Mərkəzi Bank müvafiq olaraq 5,4–5,7% proqnoz açıqlayıb.
Yəni təxminən bu o deməkdir ki, qiymət artımı davam edəcək, lakin dağıdıcı səviyyədə olmayacaq”.
Gülxanım Əliyeva
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.