AZ

Polis vəsiqəsiz sürücülərlə bacara bilmir KAMERA DA İŞƏ YARAMIR

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Belçikada müddəti keçmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərin sayı artır. 

Avtosfer.az xəbər verir ki, polis hər gün 91 vəsiqəsiz sürücünü saxlayır. Ötən il bu rəqəm 64 idi.

Bu ilin ilk 9 ayı ərzində 25 mindən çox belə sürücü aşkarlanıb. Vəziyyətin dramatik hal aldığını bildirən sağçı deputatlar vəsiqəsiz sürücülərin kameralarla təsdbit edilməsini təklif etsələr də, bunun reallaşması mümkün görünmür. Prinsip etibarı ilə üztanıma kameraları sürücünün fotosunu milli məlumatlar bazasındakı şəkillə tutuşduraraq qayda pozuntusunu aşkarlamalıdır. Belə bir müqayisəyə isə qanunvericilik şəxsi həyata müdaxilə hesab edərək imkan vermir. Qanunun dəyişdirilməsi isə demək olar qeyri-mümkündür.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr