BAKI, 3 noyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə “Özbəkistan Hökuməti və İtaliya Hökuməti arasında İnvestisiyaların Qarşılıqlı Təşviqi və Müdafiəsi haqqında” Saziş təsdiq edilib.
Teleqraf xəbər verir ki, sənəd 2025-ci il mayın 29-da Səmərqənddə imzalanıb.
Sənəddə qeyd olunub ki, bu beynəlxalq saziş investorların hüquqlarının müdafiəsi, investisiyalara hüquqi təminatların gücləndirilməsi, mübahisələrin həlli mexanizmlərinin yaradılması və iki ölkə arasında investisiya əməkdaşlığının daha da genişləndirilməsi məqsədi daşıyır.
Sazişin icrasına cavabdeh olan səlahiyyətli orqan Özbəkistan İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi müəyyən edilib. Həmçinin, Nazirlər Kabineti, aidiyyəti nazirlik və qurumların rəhbərləri saziş qüvvəyə mindikdən sonra onun müddəalarının tam və vaxtında icrasına nəzarəti təmin edəcəklər.