AZ

Ərdoğan bu ölkələrə çağırış etdi: Yanlarında olmalıyıq

İstanbul Konqres Mərkəzində keçirilən COMCEC-in 41-ci Sessiyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandakı qırğınlarla bağlı İslam dünyasına çağırış edib.

Publika.az xəbər verir ki, Ərdoğan Sudanda mülki şəxsləri hədəf alan hücumları qınayıb və İslam ölkələrini həmrəyliyə səsləyib.

“Müsəlmanlar olaraq başqalarından kömək istəmək əvəzinə, öz problemlərimizi özümüz həll etməliyik. Sudanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumalıyıq. Bu çətin dövrlərdə Sudan xalqının yanında olmaq, humanitar yardım və inkişaf dəstəyimizi davam etdirmək vacibdir,” - Ərdoğan bildirib.

Türkiyə prezidenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri Sudanda sülh, sabitlik və təhlükəsizliyin təmininə töhfə verməyə çağırıb.

Seçilən
25
publika.az

1Mənbələr