AZ

Peşəkar idmançı Vadim Əkbərov armwrestling üzrə dünya çempionu olub

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanlı idmançı Vadim Əkbərov armwrestling üzrə dünya çempionu olub.

AzPost bildirir ki, peşəkar idmançı oktyabr ayının 26-da Bakı şəhərində keçirilən qol gücü üzrə Dünya çempionatında birinci yeri tutub və qızıl medalın sahibi olub.

Avropa çempionu olan Vadim Əkbərov Dünya çempionatının gümüş və dördqat bürünc medalçısıdır.

Lənkəranın Gərmətük qəsəbəsindən olan Vadim Əkbərovla bu gün Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsində görüş keçirilib. İdarənin rəisi Teymur Babazadə qol gücü üzrə dünya çempionu olan lənkəranlı idmançını təbrik edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
azpost.info

1Mənbələr