AZ

Skuter və velosiped sürənlər OXUSUN: Sürət limiti belə tənzimlənəcək

Slovakiya Parlamenti ölkə tarixində ilk dəfə səkilərdə hərəkət üçün sürət məhdudiyyəti tətbiq edən qərarı təsdiqləyib. Bu qərar Avropada mikromobillik vasitələrinin təhlükəsizliyinə yönəlmiş yeni addım kimi qiymətləndirilir.

Maraqlıdır, Azərbaycanda velosiped və skuter zolaqlarının az olduğu şəraitdə bu cür sürət limiti tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, belə bir məhdudiyyətin tətbiqi mümkündür:

Yasin Mustafayev

“İndi müxtəlif modellər və nəqliyyat növləri, məsələn, velosiped, skuter, mühərrikli və ya elektrikli versiyalar var. Onların hər biri fərqli sürətlə hərəkət edir. Əlbəttə, bu vasitələrin böyük sürətlə hərəkət etməsi ciddi təhlükə yaradır. Məsələn, elə skuter var ki, 50 km/saat sürətlə gedir. Bu, kifayət qədər yüksək göstəricidir və hər hansı qəza zamanı həm istifadəçi, həm də digər hərəkət iştirakçıları ciddi zərbə ala bilər.”

Ekspertin fikrincə, belə halların qarşısını almaq üçün sürət limiti müəyyən edilməlidir:

“Düşünürəm ki, bu vasitələrin hərəkət sürəti 25 km/saatdan artıq olmamalıdır. Azərbaycanda da bu istiqamətdə yüksək sürət həddi müəyyən edilə bilər.”

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
12
3
konkret.az

4Mənbələr