Vyetnamın mərkəzi bölgələrində güclü yağışlardan sonra sel və torpaq sürüşmələri baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 36-ya çatıb.
Rəsmilər ölkənin mərkəzi hissələrində həftə sonundan bəri davam edən güclü yağışlar nəticəsində yaranan fəlakətlərlə bağlı açıqlama veriblər.
Onlar, 5 nəfərin itkin düşdüyü, 60 nəfərin isə yaralandığını bildiriblər.
Sel və torpaq sürüşmələri nəticəsində 120 mindən çox evin su altında qaldığı, bəzi yolların isə hələ də bağlı olduğu açıqlanıb.
Güclü yağışların 4 noyabr gecəsinədək davam edəcəyi gözlənilir.