AZ

XƏBƏRDARLIQ: “Buldak” əriştəsi xərçəngə və sonsuzluğa səbəb olur – FOTO/VİDEO

“Buldak” əriştəsi xərçəngə və sonsuzluğa səbəb olur.

İnterpress.az xəbər verir ki, Kaliforniyada “Buldak” markalı acı əriştə qablaşdırmalarında məhsulun sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq qeyd olunub.

Qanuna əsasən, ştatdakı şirkətlər məhsulda xərçəngə səbəb ola biləcək və ya reproduktiv sistemə təsir göstərə biləcək maddələrin hətta izləri varsa, Prop 65 etiketini əlavə etməlidirlər.

Məhsuldakı əsas risklər arasında qurğuşun, emal olunmuş yağlardan gələn çirkləndiricilər və qablaşdırmadakı BPA var.

Məsələ ondadır ki, Buldak əriştəsinin resepti bütün ölkələrdə eynidir, fərq yalnız etiketlərdədir. Buna görə Kaliforniyada edilən xəbərdarlıq digər ölkələrdə istehlakçılara da aid ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr