Şəki, 3 noyabr, AZƏRTAC
Şəki şəhərindən keçən dairəvi yolda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Şəki şəhərindəki Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, “Ford” markalı yük daşıyan nəqliyyat vasitəsi “Niva” markalı avtomobili arxadan vuraraq yolun keçid hissəsinə aşırıb.
Qəza zamanı “Niva”da olan qadın sərnişin, 48 yaşlı Sevda Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili tibbi yardım briqadasının köməyi ilə yaralı sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.