AZ

Siqaret asılılığına dair yanlış inanclar və həqiqətlər

Siqaretin stressi azaltdığı və ya sadəcə zövq üçün çəkildiyi düşünülür, lakin mütəxəssislər bu inancların yanlış olduğunu qeyd edirlər.


Pravda.az bildirir ki, “siqareti buraxsam kökələrəm”, “bir-iki siqaret zərər etməz”, “elektron siqaret daha təhlükəsizdir” kimi fikirlər elmi əsas daşımır.
 

Nikotin həm fiziki, həm də psixoloji asılılıq yaradır. Hətta az miqdarda siqaret belə ürək xəstəlikləri və insult riskini artırır. Siqareti tədricən azaltmaq yox, tam formada tərgitmək sağlamlıq üçün yeganə doğru yoldur.


Mütəxəssislər əlavə edir ki, düzgün informasiya və dəstək sayəsində siqareti buraxmaq həm bədən, həm də zehni sağlamlığı gücləndirir.
 

Əminə Bayramova 

Tarix: 3 Noyabr 2025, 16:06   
Seçilən
15
pravda.az

1Mənbələr