AZ

Şəkidə AĞIR QƏZA – Xəsarət alan var – FOTO

Şəki şəhər dairəvi yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki şəhərindəki Salman Mümtaz küçəsində qeydə alınıb.

“Ford” markalı yük daşıyan nəqliyyat vasitəsi “Niva” markalı avtomobili arxadan vuraraq yolun keçid hissəsinə aşırıb.  
 

Qəza zamanı “Niva”da olan qadın sərnişin 48 yaşlı Sevda Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.  


Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Seçilən
51
1
bizim.media

2Mənbələr