Səlçuk Bayraktar tərəfindən təsis olunan Fergani Space Technologies şirkəti SpaceX Falcon 9 raketi vasitəsilə FGN-100-D2 adlı peyki orbitə yerləşdirib.
KONKRET.az xəbər verir ki, kütləsi 104 kiloqram olan bu aparat Türkiyənin milli naviqasiya sistemi – Uluğ Bey Qlobal Naviqasiya Sisteminin yaradılması istiqamətində atılan ilk addım hesab olunur.
Şirkətin planına görə, yaxın illərdə 100-dən çox peykin orbitə çıxarılması və Türkiyənin öz daşıyıcı raketinin hazırlanması nəzərdə tutulur.
Müşviq Tofiqoğlu
KONKRET.az