AZ

Goranboyda qardaşının evini əxlaqsızlıq yuvasına çevirən şəxs məsuliyyətə cəlb edilib

Goranboyda

Goranboyda 34 yaşlı Fuad Mirzəyev (ad və soyad şərtidir) qardaşına məxsus evi əxlaqsızlıq məqsədilə verməsi ilə bağlı polis tərəfindən saxlanılıb.Hadisə şəhərin Vidadi küçəsində baş verib. Belə ki, rayonda əxlaqsızlıqla məşğul olan qadın Fuad Mirzəyevə zəng edərək 1 saatlıq ev lazım olduğunu bildirib.Ulusum.az Lent.аz-a istinadən xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb. Fuad da maddi qazanc məqsədilə qardaşına məxsus mənzili cütlüyə 50 manat qarşılığında verib. Fuad, mənzilin açarlarını qadın və onun yanındakı kişiyə təhvil verdikdən sonra polis əməkdaşları tərəfindən küçədə saxlanılıb və aldığı 50 manat maddi sübut kimi götürülüb. Polis evi yoxlamaq üçün gedərkən hər iki şəxsi evdə yaxalayıb. Faktla bağlı Fuad Mirzəyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi (fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi vermə) üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər evi əxlaqsızlıqla məşğul olan şəxslərə verməyib, yalnız 1-2 gün gecələmək istəyənlərə icazə verib və qardaşına məxsus evi qadına verməsini bilmədiyini, əməlindən peşman olduğunu qeyd edib.Goranboy rayon Məhkəməsinin qərarı ilə Fuad Mirzəyev aylıq qazancının 10 faizi dövlət büdcəsinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

Diqqət Çəkənlər

Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası

Səmərqənd – Registan Meydanı VİDEO

“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü

Seçilən
35
ulusum.az

1Mənbələr