Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
News365.az-ın əldə etdiyi məlumata görə, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.
Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.