Bakı. Trend:
Orta Dəhliz kimi yeni nəqliyyat marşrutları Mərkəzi Asiyanınböyük potensialını üzə çıxara bilər, lakin bu, yalnız ixtisaslaşmışişçi qüvvənin olacağı təqdirdə mümkündür.
Trend-in verdiyixəbərə görə, bunu Avropa İttifaqının Qazaxıstandakınümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yoxannes Baur 30–31oktyabr tarixlərində Turin şəhərində keçirilən DARYA (Mərkəzi Asiyagəncləri üçün Dialoq və Fəaliyyət) proqramının yüksək səviyyəligörüşündə deyib.
“Tarixi baxımdan Mərkəzi Asiya hər zaman Avropa ilə Asiyaarasında körpü rolunu oynayıb və bu gün Aİ ilə region arasındamünasibətlər fəal şəkildə möhkəmlənir”, - deyə o bildirib.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanıntəhsil və əmək nazirliklərinin müavinləri, Aİ nümayəndələri, sosialtərəfdaşlar və özəl sektorun təmsilçiləri iştirak ediblər.İştirakçılar əldə olunan irəliləyişləri müzakirə edib vəəməkdaşlığın növbəti mərhələsi üçün prioritet istiqamətlərimüəyyənləşdiriblər.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.