AZ

AFFA “Atletik” və “Qarabağ” arasında keçirilən oyun öncəsi təxribatla bağlı UEFA ya məktub göndərib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Oktyabrın 22-də Çempionlar Liqası çərçivəsində “Atletik” və “Qarabağ” arasında keçirilən oyun öncəsi Bilbao şəhərində naməlum şəxslər antiAzərbaycan vərəqələri və stikerləri yaymışdılar. Musavat.com bildirmişdir ki, Azərbaycan KİV-ləri hadisəyə görə erməni diasporunu günahlandırıb. Məlumata görə, “Qarabağ” FK məsələ ilə bağlı polisə müraciət edib və artıq istintaq başlayıb.AFFA rəsmi qurumlara müraciət edəcəkmi? Yoxsa təxribatın baş verdiyi ölkənin hüquq-mühafizə orqanları səviyyəsində həll olunması ilə kifayətlənəcək?Ölkə təmsilçimizin təhlükəsizliyi və ölkəmizin hüququnu qorumaq üçün AFFA hansısa addımlar atacaqmı?

Yaranan suallara cavab tapmaq üçün oktyabrın 22-də AFFA-ya sorğu üvanladıq. AFFA-dan oktyabrın 29-da Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu hadisə ilə bağlı AFFA tərəfindən UEFA-ya məktub göndərilib: “Biz bu məsələnin araşdırılmasını onlardan istəmişik”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr