AZ

16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub

Oktyabrın 8-dən noyabrın 2-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub.

KONKRET.az xəbər verir ki, onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur.

Seçilən
24
4
konkret.az

8Mənbələr