"İran rəsmiləri iyun ayında ABŞ-ın zərbələrindən sonra 60 faizədək zənginləşdirilmiş 400 kiloqram urandan nə qədərinin salamat qaldığı barədə dəqiq məlumata malik deyillər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Bizdə həmçinin 400 kiloqramdan nə qədərinin salamat qaldığı, nə qədərinin isə məhv olduğu barədə məlumat yoxdur,” – diplomat qeyd edib.
Araqçı vurğulayıb ki, uranın böyük hissəsi dağıdılmış binaların qalıqları altında qalıb, lazımi şərait yaradılmadan həmin uranın çıxarılması planlaşdırılmır.