AZ

“Suriyaya xüsusi dəstək proqramına başlayırıq” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) himayəsi altında Suriya və onun dövlət qurumlarına dəstək proqramına başlayır.

Busaat.az xəbər verir ki, bu barədə “Trthaber” məlumat yayıb.

“Bizim əsas prioritetimiz qonşumuz Suriyanın bərpası və onun tez bir zamanda əvvəlki vəziyyətinə qaytarılmasıdır. Bu məqsədlə biz bu gün İƏT İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin himayəsi altında Suriyaya xüsusi dəstək proqramına başlayırıq.

Bu proqram insan və institusional potensialın gücləndirilməsinə kömək edəcək və bizə təhsil, ekspert rotasiyası, ehtiyacların qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma kimi sahələrdə Suriyaya dəstək göstərməyə imkan verəcək.

“Əminəm ki, İƏT-ə üzv ölkələr proqramın həyata keçirilməsinə əvəzsiz töhfə verəcəklər”, – deyə Ərdoğan bildirib.

Yeganə

 

Seçilən
31
busaat.az

1Mənbələr