“Bavariya” 2024/25 maliyyə ilini rekord göstəricilərlə başa vurub.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun konsolidə olunmuş gəliri 978,3 milyon avro təşkil edib ki, bu da ötən illə müqayisədə 2,8 faiz çoxdur.
Bu rəqəm “Bavariya”nın tarixində ən yüksək gəlir göstəricisi kimi qeydə alınıb.
Klubun əməliyyat mənfəəti 11,3 faiz artaraq 187,8 milyon avroya çatıb. Vergilərdən əvvəlki mənfəət 42,5 milyon, xalis mənfəət isə 27,1 milyon avro olub.
"Beşiktaş"ın borcu açıqlanıb
Dembele yenə zədələndi
“Vulverhempton” Vitor Pereyra ilə yollarını ayırıb
Arda Güler zədələnib
Keyn İspaniya klubuna keçə bilər