Avqustun 8-də Ermənistanla Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşmalarından sonra Azərbaycanın ritorikası dəyişdi və bu, sərhəddə nəzərə çarpır.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu qənaəti Ermənistanın müdafiə naziri Suren Papikyan Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.
"Azərbaycanın ritorikası avqustun 8-dən kəskin şəkildə dəyişib və bu, sərhəddə nəzərə çarpır. Biz faktiki sülhdən danışanda bu, uydurma deyil, reallıqdır", - nazir bildirib. pizza mizza
Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb. Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında sülh elan ediblər.
Telegram kanalımız