AZ

Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

Bakı. Trend:

Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə ikipartlayış qeydə alınıb.

Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizikaİnstitutu məlumat yayıb.

“3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgendiapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6(N26E82) partlayışı qeydə alınıb”, - deyə məlumatda qeydolunur.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görəbeş sinfə - A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isəən güclü partlayış sinfi hesab olunur.

Məqalədə:
Seçilən
36
9
az.trend.az

10Mənbələr