AZ

Premyer Liqa futbolçusu odlu silahla hədələndi

BAKI, 3 noyabr. TELEQRAF

İngiltərənin paytaxtı Londonda adı açıqlanmayan Premyer Liqa futbolçusu silahla hədələnib.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə sentyabrın 6-da, hüquqi səbəblərə görə adı açıqlanmayan futbolçu dostu ilə birlikdə mərkəzi küçələrin birində gəzərkən baş verib.

Polis cinayətdə şübhəli bilinən 31 yaşlı futbol agentini saxlayıb. Ona futbolçu ilə əlaqə saxlamamaq, oynadığını klubun məşq meydançasına getməmək şərti ilə azadlığa buraxılmaq qərarı verilib.

İnsident qurbanı olan futbolçunun 20 yaşı var və transfer dəyəri təxminən 60 milyon funt sterlinqdir.

İstintaq altında olan agentin müştəriləri arasında İngiltərə millisinin üzvü də var.

Seçilən
31
teleqraf.com

1Mənbələr