AZ

İsrail Fələstinli məhbuslar üçün edam hökmunu qəbul etdi

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi ilk səsvermədə fələstinli məhbuslara icbari ölüm hökmü tətbiq edən qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən təsdiqlənən qanun layihəsi çərşənbə günü Baş Assambleyada səsə qoyulacaq.

Qanun layihəsinə görə, “İsrail dövlətinə, yəhudi xalqına və ya ictimai asayişə qarşı nifrətlə törədilən qətllər” ölümlə cəzalandırılacaq və hakimlərin heç bir mülahizə hüququ olmayacaq. Hökm qəti olduqdan sonra heç bir əfv, əvəzetmə və ya siyasi müdaxilə olmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
1
turkustan.az

2Mənbələr