AZ

Bu icra başçıları özünə müavin axtarır - SİYAHI

Ötən gün ümumerməni katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan həbs olunub.

Onların vəkili Ara Zoqrabyan sosial şəbəkədəki səhifəsində bildirib ki, 68 yaşlı ata Nersisyan və oğlu xuliqanlıq və təşviqat kampaniyasına maneə törətməkdə ittiham edilirlər. Məlumata görə, ata və oğul barəsində şikayət ərizəsini qərbpərəst Respublika Partiyasının üzvü, Eçmiədzin şəhər meri olmağa namizəd Arutyun Mkrtçyan verib.

Bir müddət əvvəl II Qareginin qardaşı oğlu Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarışdan sonra istintaq şöbəsinə aparılıb.

Qeyd edək ki, bu il noyabrın 16-da Armavir vilayətinin Vaqarşapat icmasında yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.

S1AmtW8mCOxF5AL7pEgu3NUbIzumR70c.jpg

Son günlər Ermənistanda rəhbər vəzifədə işləyənlərin həbsinə dair tez-tez xəbərlər yayılır. Hökumətə müxalif sayılan Massis şəhərinin meri David Ambartsumyan Moskvadan gələn zaman İrəvanda təyyarədən enərkən həbs edilib. Oktyabrın 23-də Ermənistanda məhkəmə onun barəsində qiyabi olaraq xuliqanlıq maddəsi ilə altı il üç ay müddətinə həbs cəzası çıxarmışdı. O, 2018-ci ildə etiraz aksiyaları zamanı Baş nazir Nikol Paşinyanın tərəfdarlarına qarşı zorakılıqda ittiham edilir.

Bir müddət əvvəl isə müxalifətin başqa bir təmsilçisi, Gümrü şəhər meri Vardan Qukasyanın saxlanıldığı bildirilmişdi. Ermənistanın Antikorrupsiya Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Onunla yanaşı, merliyin daha yeddi əməkdaşı xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. İstintaq "Fabrika" mağazalar şəbəkəsinin sahibi Sevak Qomtsyandan hədə-qorxu ilə pul tələb etmək və rüşvət almaqla bağlı olduğunu müəyyənləşdirib. Qukasyan 2025-ci ilin aprelində Gümrünün meri seçilib. Daha əvvəl o, 2000-ci ildən 2012-ci ilə qədər şəhərə rəhbərlik etmişdi.

Bundan əvvəl isə Ermənistanın Araqatsotn yeparxiyasının 13 keşişi saxlanılmışdı. Onların arasında Mkrtıç Proşyanla yanaşı, daha 12 din xadimi, o cümlədən, yeparxiyanın mühasibi, xəzinədarı və köməkçisi də olub. Proşyana qarşı mitinqlər keçirmək və səsvermənin nəticələrinə təsir göstərməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb.

SZiKGGwbEf2Oik0dCAS5PGR0PdDx3itA.jpg

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının keşişi Paren Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.

Məlumatladan göründüyü kimi, həbslər əsasən iki istiqaməti əhatə edir: kiləsini, yaxud II Qareginin ətrafını, o biri isə rusiyayönlü müxalif sayılan hakimiyyət nümayəndələrini. Bununla Nikol Paşinyan kilsəyə deyil, II Qareginə qarşı mübarizə apardığını sanki isbatlamış olur. Çünki noyabrın 2-də Hovanavanq monastırında Qaregin tərəfndən kilsə rütbəsindən məhrum edilmiş keşiş Stepan Asatryanın iştirakı ilə ikinci liturgiya keçirilib. Liturgiya başlamazdan əvvəl Nikol Paşinyan sosial şəbəkədə qısa videomüraciət paylaşaraq qeyd edib ki, burada keçirilən liturgiya "Müqəddəs Eçmiadzin kilsəsini murdarın caynaqlarında saxlayanlardan azad etmək yoludur".

Mərasimdə baş nazirdən əlavə, parlament spikeri, bir sıra nazirlər, Ermənistanın bir neçə vilayət rəhbəri, həmçinin hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları və hakimiyyət tərəfdarları da iştirak ediblər. Mərasim zamanı Stepan Asatryan bildirib ki, hər kəs üçün birinci yerdə dövlət və dövlətçilik, ikinci yerdə isə kilsə durmalıdır.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Erməni Apostol Kilsəsinin rəhbərliyinin dəyişdirilməsi 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər baş verməlidir. O, II Qareqini vəzifəsindən getməyə çağıraraq başladılmış prosesin dayandırılmayacağını bildirib.

8a758d94-57f0-3bb8-a933-a9f77e5e.jpg

Noyabrın 2-də II Qareqinin baş keşiş elan olunmasının 26-cı ildönümünə həsr olunmuş liturgiya keçirilib. Bununla baş keşiş müəyyən mənada Baş nazirə öz gücünü nümayiş etdirməyə çalışıb. Ancaq onun bu iddialı "çanağı" qardaşı və onun oğlunun başında çatlayıb.

Ona görə ehtimal etmək olar ki, seçkilərə qədər Qareginin dəstəsi ya zərərsizləşdiriləcək, ya da sakitləşdiriləcək. Çünki qarşıdan gələn siyasi kampaniyada Paşinyan və komandasına ən əsas müxalifət, belə görünür, Qareginin başçılıq etdiyi keşişlər sayılır.

Ona görə yaxın zamanda baş keşişin də hər hansı şəkildə təcrid ediləcəyi ehtimalı az deyil. Onun ətrafında bu istiqamətdə halqa daralmaqdadır. Əvvəlcə ən fəal keşişlər həbs olunub. Bunun ardınca onun yaxın ətrafındakı kilsə nümayəndələri saxlanılıb. Ötən gün isə növbə Qareginin ailəsinə çatıb.

Noyabrın 2-də keçirilmiş iki liturgiya artıq yaxın zamanda Eçmiədzində də yeniliyin olacağından xəbər verir. Hətta, Hovanavanq monastırı ilə əvəzlənməsi də mümkündür. Qareginin kilsəsi ziyarətsiz qalacağı, yaxud onların sayı azalacağı halda Paşinyan və komandası vəziyyəti öz xeyrinə dəyişə bilər.

Odur ki, ötən gün keçirilən mərasimlə Paşinyan inanalara dua etmək üçün gediləcək yeri göstərdi. Ermənistanda kilsənin parçalanması prosesi başa çatıb. Erməni dindarların baş keşişi isə hələ ki Stepan Asatryan sayılır.

chKboiEC6TS9C9tPFk6GgpUjH47MNN0Z.jpg

Siyasi müxalifətin də zəifləməsi, sıradan çıxarılması deyil, Paşinyanın hədəfidir.

Sonuncu yerli seçkilərdə bir sıra bölgələrdə Paşinyanın partiyası məğlub olmuşdu. Məsələn, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə müxalifətdə olan "Balasanyan bloku", Gorusda isə həbsdə olan Aruş Aruşanyan qalib gəlmişdi.

Paşinyanın Partiyası Ermənistanın ikinci böyük şəhərinin yerli seçkilərində uduzdu

"Balasanyan Bloku" partiyası Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə keçirilən seçkilərdə qalib gəldi. Bu partiya Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasını qabaqlayıb. Gorus şəhərində isə mer seçkilərində həbsdə olan müxalifət namizədi Aruş Aruşanyan qalib gəlir.

Gümrüdə "Balasanyan Bloku" 36,59%, hakim Vətəndaş Müqaviləsi Partiyası 29,56% səs toplamışdı.

Görusda Aruşanyan hakim partiyadan iki dəfə çox səs toplayıb - 6,3 minə qarşı 3,6 min.

Rusiyayönlü müxalifətin builki yerli bələdiyyə seçkilərində yenidən uğur əldə etməmələri üçün hökumət daha tədbirli hərəkət etməyi hədəfləyir.

Ötəndəfəki yerli kampaniya parlament seçkilərindən sonra keçirildiyi üçün Nikol Paşinyan bu istiqamətdə müxalifət, yaxud ona qarşı olanlara müəyyən mənada sərbəstlik vermişdi. Bu, həm də ona ölkədəki siyasi mənzərəni, "kim kimdir"i müəyyənləşdirməyə imkan verirdi.

bMHgWDHDd7O5mBSrEDzOdeMjIyqCduHt.jpg

Qarşıdan Ermənistanın taleyüklü məsələlərinin həlli dövrü gəlir. Ona görə də Qaregin və rusiyayönlü müxalifətə meydanın buraxılması ölkədə vəziyyəti ağırlaşdırar. Ermənistan ABŞ hərbçiləri çıxandan sonrakı Əfqanıstanın vəziyyətinə düşə bilər. Onda Qaregin kilsəsi, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan fəaliyyəti ilə "Taliban" hərəkatını geridə qoyar.

Ona görə də yerli seçkilər Nikol Paşinyanın 2026-cı ilin yayında keçiriləcək siyasi kampaniyaya hazırlığını göstərəcək. Noyabrın 16-na planlaşdırılan tədbir hakim siyasi qüvvə üçün baş məşq də sayıla bilər. Bu, Qareginin və rusiyayönlü müxalifətin, habelə həbsdə olan rusiyalı erməni milyarder Samvel Karapetyanın da gələcəyinin müəyyənləşməsinə yol açar, şərait yaradar.

İndiki müxalifət səhnədə qala, onu yenisi əvəzləyə də bilər. Çünki bu təbəqədə əbədilik iddiası yoxdur. Ona görə parlament seçkilərinədək o zəiflədiləcək. Ancaq II Qareginin tutduğu vəzifə ömürlükdür. Yəni onu bu vəzifədən ölüm ayıra bilər. Bu halda erməni katolikos kilsəsinin qaydalarında dəyişikliklərin baş verməsi də istisna edilmir. Çünki bu kilsənin qaydaları Allah buyruğu deyil.

Odur ki, II Qareginin yaya çıxması günü-gündən çətinləşir. Yerli seçkilərin nəticəsi onun üçün də lakmus ola bilər...

Sədrəddin İsmayılov
Report.az

Seçilən
26
musavat.com

1Mənbələr