"Real Madrid"in futbolçusu Franko Mastantuono zədələnib.

Offsideplus.az xəbər verir ki, onun bərpa müddəti sağalma prosesindən asılı olacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mastantuono bu ilin yayında "River Pleyt"dən "Real Madrid"ə transfer olub.