AZ

Britaniya Ukraynanı “Storm Shadow“ ilə təchiz edib - Mənbə

Böyük Britaniya bu yaxınlarda Ukraynaya daha bir neçə “Storm Shadow” raketi ötürüb.

"Yeni Sabah" bloomberg-ə istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələr danışıb.

Kiyevin aldığı raketlərin dəqiq sayı göstərilmir, lakin yeni tədarüklər Ukraynanı qış boyu təmin etməlidir, çünki Böyük Britaniya Rusiyanın bu müddət ərzində hücumlarını gücləndirəcəyindən ehtiyat edir. Dominos pizza

London ilk dəfə 250 km-ə qədər mənzilli "Storm Shadow" qanadlı raketlərini 2023-cü ildə Kiyevə köçürüb. Ukrayna onları ilk dəfə 2024-cü ilin noyabrında Rusiyadakı hərbi hədəflərə qarşı istifadə edib. Britaniya rəsmiləri Kiyevin müharibə başlayandan bəri ümumilikdə nə qədər raket aldığını açıqlamır.


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr