Yeni bir araşdırma iqlim böhranının növbəti əsrdə dünya xəritəsini dəyişdirəcəyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, dəniz səviyyəsinin qalxması səbəbindən otuz yeddi şəhər yox olmaq təhlükəsi ilə üzləşir. İstanbul və İzmir də siyahıdadır.
"Swiftest"in hesabatına görə, dəniz səviyyəsinin qalxması və daşqınlar səbəbindən 100 il ərzində 37 şəhər xəritədən silinmə təhlükəsi ilə üzləşir.
Hesabatda Türkiyənin İstanbul və İzmir şəhərləri risk altında olan şəhərlər kimi yer alır.
 Qlobal istiləşmənin və iqlim böhranının təsirləri növbəti əsrdə dünyanı sözün əsl mənasında dəyişdirə bilər. Yeni bir araşdırmaya görə, növbəti 100 il ərzində 37 şəhər xəritədən tamamilə silinmə təhlükəsi ilə üzləşir. 
100 ildə xəritədən silinmə təhlükəsində olan şəhərlər:
  
 Tokio - Yaponiya
 Mumbay - Hindistan
 Nyu-York - ABŞ
 Osaka - Yaponiya
 İstanbul - Türkiyə
 İzmir - Türkiyə
 Kolkata - Hindistan
 Banqkok - Tayland
 Cakarta - İndoneziya
 London - İngiltərə
 Dakka - Banqladeş
 Ho Şi Min - Vyetnam
 San-Fransisko - ABŞ
 Mayami - ABŞ
 İsgəndəriyyə - Misir
 Sidney - Avstraliya
 Boston - ABŞ
 Lissabon - Portuqaliya
 Dubay - Birləşmiş Ərəb Əmirlikləri
 Vankuver - Kanada
 Əbu-Dabi - Birləşmiş Ərəb Əmirlikləri
 Kopenhagen - Danimarka
 Yeni Orlean - ABŞ
 Dublin - İrlandiya
 Honolulu - ABŞ
 Amsterdam - Hollandiya
 Kankun - Meksika
 Venesiya - İtaliya
 Çarlston - ABŞ
 Makao - Çin
 Male - Maldiv adaları
 Lonq Biç - ABŞ
 Savanna - ABŞ
 Nassau - Baham adaları
 Punta Kana - Dominikan Respublikası
 Ki-Uest - ABŞ
 Kokbern Taun - Terks və Kaykos Adaları
Fidan
 Milli.Az