AZ

Xameneyi ultimatum verdi

“İran ABŞ-nin əməkdaşlıq tələblərini yalnız İsraili dəstəkləməyi dayandırdığı və Vaşinqtonun Yaxın Şərqdəki siyasətini dəyişdirdiyi təqdirdə nəzərdən keçirməyə hazırdır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi “X” sosial şəbəkəsində bəyan edib: 

“Amerikalılar bəzən İranla əməkdaşlıq etmək istədiklərini deyirlər. Əgər ABŞ sionist rejiminə dəstəyi tamamilə dayandırsa, hərbi bazalarını bağlasa və bu bölgəyə müdaxilə etməsə, bunu nəzərdən keçirmək mümkün olar”. 

Eyni zamanda, Xameneyi əlavə edib ki, bunun yaxın gələcəkdə baş verəcəyini gözləmir. Qeyd edək ki, o, bu yaxınlarda bildirib ki, İran hakimiyyəti iyun ayında ABŞ-nin hücumlarından sonra 60 faizə qədər zənginləşdirilmiş 400 kiloqram uranın nə qədərinin qaldığı barədə dəqiq məlumata malik deyil. 

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr