Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında" 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.