AZ

Gəncədə keçirilən UEFA-nın məşqçi hazırlığı proqramı başa çatdı - FOTO

AFFA və “Kəpəz” klubunun birgə təşkilatçılığı ilə Gəncədə keçirilən UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Xanlar Əliyev və Vitali Kovalyov rəhbərlik ediblər.

Kursun III mərhələsi noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək baş tutacaq.

İdman.Biz

Seçilən
39
2
idman.biz

3Mənbələr