AZ

Tramp nikbin əhval-ruhiyyədədir | VİDEO

AzVision.az bildirir ki, bu, Amerika liderinin “60 minutes” teleproqramına müsahibəsi zamanı baş verib.

Möhürlü kağızın ABŞ Dövlət departamentinin Donald Trampın həllinə kömək etdiyini dediyi münaqişələri sadalayan çapdan çılxan tvit olduğu aydınlaşıb.

Sənəddə Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Konqo və Ruanda, Pakistanla Hindistan, İsraillə İran, Misir və Efiopiya, Ermənistanla Azərbaycan, İsraillə HƏMAS arasında münaqişələr xatırladılır.

Amerika lideri Ukrayna və Rusiya arasında müharibəyə son qoymağa kömək edə biləcəyinə əminliyini açıqlasa da, bu prosesin onun gözlədiyindən də çətin olacağını deyib.

“Bununla belə, mən səkkiz müharibəni bitirə bildim. Mənim səkkiz müharibəm olub. Baxmaq istəsəniz sizə qısa bir siyahı gətirmişəm (çap olunmuş siyahınıgöstərib– red. ). Hələ bacarmadığım, amma mütləq baş verəcək yeganə şey Rusiya və Ukrayna arasındakı müharibədir. Prezident Putinlə çox yaxşı münasibətimlərimə görə, bunun ən asan olacağını düşünürdüm”,- Amerika lideri vurğulayıb.

Qeyd edək ki, noyabrın 2-də ABŞ prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı yeni açıqlama verib. O, sülhün “bir neçə ay ərzində” əldə oluna biləcəyini söyləyib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr