AZ

Macarıstanın Kiyevi maliyyələşdirmək öhdəliyi yoxdur – Orbán

Macarıstanın Kiyevi maliyyələşdirmək öhdəliyi yoxdur.

İnterpress.az xəbər verir ki, bunu Macarıstan baş naziri Viktor Orbán deyib.

O bildirib ki, onun ölkəsinin Ukraynanı maliyyələşdirmək üçün nə mənəvi, nə siyasi, nə də iqtisadi səbəbi var.

Orbánın sözlərinə görə, mətbuatın məlumatına əsasən, növbəti dörd il ərzində Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün 400 milyard dollar tələb olunacaq.

“Və yenə də gözlənilir ki, bu xərcləri Avropa ödəyəcək. Artıq heç kim bu məsuliyyəti üzərinə götürmək istəmir. Məhz buna görə Brüssel bu qədər təşviş içindədir. Elə buna görə də onlar dondurulmuş rus aktivlərini müsadirə etmək istəyirlər”, – Macarıstan baş naziri vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr