AZ

FHN Şabranda mülki müdafiə təlimi təşkil etdi

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Şabran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Təlimdə FHN Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Əvvəlcə, Şabran rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Şimal RM-in rəisi polkovnik Fuad İlyasov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Seçilən
51
12
publika.az

10Mənbələr