AZ

"Qarabağ" - "Çelsi" oyununun biletlərinin qanunsuz satışı ilə bağlı araşdırma aparılır

Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" - "Çelsi" oyununun biletlərin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

Hafta.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Çelsi" ilə Bakıda keçiriləcək matçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə qeyd edib ki, bu barədə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək: "Polis əməkdaşları tərəfindən qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq".

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü saat 21:45-də başlayacaq.

Seçilən
9
19
hafta.az

10Mənbələr