AZ

Romada tarixi bina UÇDU: 4 nəfər dağıntılar altında qaldı – VİDEO

İtaliyanın paytaxtı Romada orta əsrlərə aid “Conti Tower” binası uçub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Kolizeyin yanında yerləşən orta əsrlərə aid tikili təmir zamanı qismən dağılıb.
 

İlkin çökmə baş verən zaman bərpa işləri aparan işçilər içəridə olublar. Üç nəfəri tez bir zamanda dağıntılar altından xilas etmək mümkün olsa da, işçilərdən biri, 64 yaşlı Rumıniya vətəndaşı birinci mərtəbədə sıxılmış vəziyyətdə qalıb.


Xilasedicilər onu təxliyə etməyə başlayanda tikili yenidən dağılıb. Buna baxmayaraq, kişi sağ-salamat çıxarılıb və hazırda xəstəxanadadır.

Qüllənin ətrafı daha da çökmə təhlükəsi səbəbindən mühasirəyə alınıb. Təcili yardım xidmətləri binada başqa insanların qalmamasını təmin etmək üçün axtarışları davam etdirir.


Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr