AZ

Paşinyan gələnilki seçkilərdə iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır. Sözügedən seçkilərdə iştirak etmək istəyini həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryan, eləcə də keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da bəyan edib.

Seçilən
7
2
operativmm.az

3Mənbələr