AZ

X sosial şəbəkəsi 1 ayda Azərbaycandakı bazar payının 77 %-ni itirdi

Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib. Dördpendirli pizza

Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.

Dördüncü pillədəki "X"in bazar payı aylıq 18,01 faiz bəndi, illik müqayisədə isə 0,27 faiz bəndi azalaraq 5,24 % (23,25 % və 5,51 %) təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 77 % azalıb.

İlk beşliyi 7,76 %-lik (7,09 % və 19,36 %) bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,67 faiz bəndi artıb, illik müqayisədə isə 11,6 faiz bəndi azalıb.


Telegram kanalımız
Seçilən
55
4
yenisabah.az

5Mənbələr