AZ

II Qareginin qardaşı həbs olundu

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan xuliqanlıq və təşviqat kampaniyasının keçirilməsinə mane olmaq ittihamı ilə bir ay müddətinə həbs edilib.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan “Facebook”da məlumat verib.

“Hakim Arman Babaxanyan Gevorq Nersisyanın 1 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Ambartsum Nersisyanın həbsdə saxlanması barədə vəsatətə yaxın vaxtlarda baxılacaq”, – Zöhrabyan əlavə edib.

Bundan əvvəl vəkil xəbər vermişdi ki, bütün ermənilərin katolikosunun qardaşına və qardaşı oğluna qarşı Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın “Facebook”dakı paylaşımı əsasında ittiham irəli sürülüb.

Mkrtçyanın sözlərinə görə, noyabrın 1-də Gevorq Nersisyan və onun oğlu Ambartsum yerli orqanlara seçki kampaniyası çərçivəsində noyabrın 16-na təyin edilmiş tədbirə mane olublar.

Xatirə SADİQ

Seçilən
32
nocomment.az

1Mənbələr