AZ

ABŞ-li şair: Şeir, sükutu işığa çevirən sehrdir

Bakı, 3 noyabr, AZƏRTAC

Mənim üçün poeziyanın əsas missiyası hisslərin ifadə edə bilmədiyini sözlə deməkdir. Şeir sükutu işığa çevirən sehrdir. Şeir, deməsi çətin olanı aydınlığa, dərkə, ani oyanışlara gətirən sənətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçilmiş Beynəlxalq Poeziya Gecəsində iştirak edən ABŞ-lı şair Manuel İris deyib.

Şeirlərini intuisiya ilə yazdığını vurğulayan şair deyib: “Hər dəfə bir şeir tamamlananda, onun söylədiklərinə ilk təəccüblənən elə özüm oluram. Şeir ağılın yox, qəlbin məhsuludu. Sonra isə düşüncə gəlir, onu cilalayır, sözlərə nizam verir. Amma şeirin özü zehnin hüdudlarından kənarda yaranır”.

 

Seçilən
55
2
azertag.az

3Mənbələr