AZ

"Shaurma" reklam qanunvericiliyini pozdu: 1500 manat ödəyəcək

"Shaurma" reklam qanunvericiliyini pozdu: 1500 manat ödəyəcək

Xəzər rayonunda yerləşən “Shaurma” restoranı cərimələnib.

“Shaurma” restoranı barədə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, yəni “Reklam haqqında” qanunvericiliyin pozulması ilə bağlı inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb. Məhkəmənin hökmünə əsasən, şirkət həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına – yəni müvafiq icazə olmadan və ya onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə:

– fiziki şəxslər 300 manatdan 500 manatadək, – vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, – hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

//Qaynarinfo//

Seçilən
56
3
afn.az

4Mənbələr