AZ

Dövlət Agentliyinin rəsmisi: “ASAN xidmət” mərkəzlərinə 91 milyondan çox müraciət daxil olub  

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 120 mindən çox vətəndaşın 91 milyondan çox müraciəti daxil olub.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

O bildirib ki, “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 faiz təşkil edir.

Qeyd edək ki, hazırda ölkə ərazisində 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıdə, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Seçilən
38
2
azerbaijan-news.az

3Mənbələr