Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Türkiyənin Antalya şəhərindəki mərkəzi kitabxanada Azərbaycan bölməsinin açılması bizim üçün də qürurvericidir. Bölmədə ümumilikdə 759 kitab var. Onların 400-ü Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən göndərilib, qalanlarını isə biz Türkiyədən toplamışıq.
Bunu AZƏRTAC-ın müxbirinə Antalyanın Kəpəz bələdiyyəsinin sədri Məsut Kocagöz deyib.
"Kitablarımız həm Azərbaycan türkcəsində, həm də Türkiyə türkcəsində mövcuddur. Artıq kitabxanamızda minə yaxın azərbaycanlı vətəndaşın qeydiyyatı var. Bu səbəbdən bu təşəbbüs bizim üçün çox mənalı oldu. Qarşılıqlı əməkdaşlıqların və dostluqların davam etməsini səmimi-qəlbdən arzulayıram”, - deyə o bildirib.